Ağdamda 4 tondan artıq çətənə bitkisi aşkarlanıb

Xəbərlər

16.06.2023 - 11:53

cedabet dərman SEO Xidməti

Çətənə bitkisi kökündən çıxarılıb və yandırılaraq məhv edilib

Ağdamda 4 tondan artıq çətənə bitkisi aşkarlanıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı rayonun işğaldan azad edilmiş Cinli kəndi ərazisində yabanı halda bitən, çəkisi 4 tondan artıq olan çətənə bitkisi kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş