Ağdam-Xankəndi yolunun tikintisinə başlanılıb - VİDEO

Xəbərlər

03.08.2023 - 15:05

Tikinti işləri sürətləndirilib

Ağdamdan Xankəndi istiqamətinə avtomobil yolu çəkilir. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Televiziyasında (AzTV) süjet yayımlanıb.

Sujetdə bildirilir ki, Ağdamda inşasına başlanılan yol doğma şəhərimiz Xankəndiyə aparacaq.

Tikinti mühəndisi Füzuli Balacayev deyib ki, yol iki zolaqlı olacaq: “İşlər sürətli şəkildə davam edir. Tikintini tez zamanda bitirməyə çalışırıq ki, Xankəndiyə gedən yol qısa zamanda hazır olsun”.

Daha ətraflı məlumat videosüjetdə təqdim edilib:

Müəllif: Ayna.az