AFFA prezidenti: “Azərbaycan futbolunu birlikdə inkişaf etdirməliyik”

İdman

11.04.2025 - 17:55

Həkimlər Klinikalar SEO Xidməti

“Bir illik fəaliyyətimizlə bağlı əldə olunan nəticələr böyükdür, amma daha çoxuna nail olmaq istəyirik”

“Bir illik fəaliyyətimizlə bağlı əldə olunan nəticələr böyükdür, amma daha çoxuna nail olmaq istəyirik”. AYNA.AZ Azərtac-a istinadən xəbər verir ki, bu sözləri AFFA-nın prezidenti Rövşən Nəcəf qurumun Hesabat Konfransından sonra keçirilən mətbuat konfransında deyib.

O, futbolun inkişafı üçün bütün sahələrdə ixtisaslı kadrlara ehtiyac olduğunu bildirib.

“Kadr dəyişikliyi olacaq. Yeni əməkdaşlara, tərəfdaşlara qapımız hər zaman açıqdır. Kütləvi dəyişiklik, ixtisar fikrimiz yoxdur. İşə peşəkar əməkdaşları cəlb edəcəyik. Uşaq futbolunun inkişafı istiqamətində görüləcək işlərə gəlincə, çətinliklərin həlli üçün külli miqdarda vəsait lazımdır. Bunun üçün maliyyə dayanıqlılığı vacibdir. Çünki yalnız dövlətin, AFFA-nın vəsaiti hesabına bunları həll etmək mümkün deyil. Futbola yeni sponsorlar, investorlar cəlb etmək istəyirik. Ekosistemin birgə dayanıqlı şəkildə inkişafını təmin etməliyik”, - deyə Rövşən Nəcəf vurğulayıb.

AFFA rəhbəri Premyer Liqaya yüksələcək klublara infrastrukturun lazımi səviyyəyə gətirilməsi üçün onlara bir il möhlət verildiyini söyləyib: “Klubların ev oyunlarını təmsil etdikləri bölgələrdə keçirməsini istəyirik. Bu, bölgədə futbolun inkişafı və kütləviləşdirilməsinə kömək edəcək. Öz futbolçularımız yetişmədiyi üçün yığmada legionerlərin sayı çoxdur. Gələcək illərdə bu sayı azaldıb, öz futbolçularımıza üstünlük vermək istəyirik. Legioner limitinin ləğvi yerli futbolçuların daha yaxşı səviyyəyə çatmasına və milli komandanın inkişafına təkan verəcək. 100 faiz işləyən resept yoxdur. Bizim üçün uğur seçmə mərhələdə 3-4-5-ci yerləri tutmaq deyil. İstəyirik ki, yığmamız Avropa və dünya çempionatlarında iştirak etsin. Milli komandanın son iki matçında meydanda, müvafiq olaraq, 2 və 4 legioner futbolçu olub. Bundan başqa, yığmanın yaş ortalaması ilk dəfə 24-ə düşüb”.

R.Nəcəf İnkişaf Strategiyasının hazırlanması zamanı ortaya yüksək hədəflər qoyulmasının səbəbini də açıqlayıb.

“Daha aşağı hədəflər qoyub, bunlara asanlıqla çata bilərdik. Başa düşürük ki, asan olmayacaq. Amma birlikdə bu işi bacara bilərik”, - deyə AFFA prezidenti qeyd edib.

Milli komandanın baş məşqçisi Fernandu Santuşun fəaliyyətini də qiymətləndirən R.Nəcəf əlavə edib: “Biz burada təkcə nəticələri deyil, onun milli komandaya gətirdiyi ab-havanı, məşq prosesinə, oyuna yanaşmasını da əsas götürməliyik. Santuşun milliyə dəvət alan futbolçuları mətbuat konfransında açıqlaması da səbəbsiz deyil”.

Klubların hakim idarəçiliyindən narazılığına da münasibət bildirən AFFA prezidenti Hakimlər Komitəsinin işinə qiymət verib: “Bəli, narazılıqlar var, daha çox işləməliyik. Hakimlər Komitəsi bütün işləri ən müasir standartlara uyğun qurur. Səhvlərin olması normaldır, əsas odur ki, qərəz olmasın”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş