AFFA İntizam Komitəsi 4 klubu cərimələyib

İdman

30.10.2024 - 15:52

Həkimlər Klinikalar SEO Xidməti

Misli Premyer Liqasının XI turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. AFFA-dan AYNA-ya bildirilib ki, iclasda Misli Premyer Liqasının XI turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

“Turan Tovuz” – “Kəpəz” oyununda hər iki komandanın 5 futbolçusu sarı vərəqə aldığına görə qərb təmsilçiləri 700 manat cərimə edilib. Matç bitdikdən sonra qonaqların üzvü Dioqo Verdaska hakimin qərarına etiraz etdiyi üçün ikinci sarıdan qırmızı vərəqə alaraq, 1 oyunluq cəzalanıb, klub isə əlavə 500 manat ziyana düşüb.

 “Səbail” – “Sumqayıt” qarşılaşmasında hər iki tərəfin 4 futbolçusu sarı vərəqə aldığına görə klublar 700 manat cərimələnib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş