ABŞ ukraynalı pilotların F-16 qırıcılarında təlim keçməsinə icazə verməyib

Dünya

18.05.2023 - 13:21

Co Bayden administrasiyası Kiyevə Amerika F-16-ları göndərmək istəmir

ABŞ ukraynalı pilotların Avropa ölkələrinə məxsus F-16 qırıcılarında təlim keçməsinə icazə verməyib. AYNA xəbər verir ki, bu barədə “New York Times” qəzetinə müsahibəsində yüksək vəzifəli ukraynalı məmur bildirib.

Mənbənin sözlərinə görə, rəhbərliyin təyyarələri Kiyevə köçürmək istəməməsi səbəbindən Vaşinqtonun skeptisizmi bu qədər dərindir.

Rəsmi şəxs aydınlaşdırıb ki, ABŞ-ın icazəsi olmadan pilot təlimləri F-16-nı birbaşa pilotlaşdırmadan texniki dil və taktiki dərsləri öyrənməklə məhdudlaşacaq.

Ukraynalı məmur bildirib ki, Co Bayden administrasiyası Kiyevə Amerika F-16-ları göndərmək istəmir, çünki onlar hərbi büdcədə çox vəsait xərclənməsinə gətirib çıxaracaq.

Qeyd edək ki, bundan əvvəl Ağ Ev F-16 qırıcılarının Ukraynaya mümkün tədarükü ilə bağlı yeni detalları açıqlamaqdan imtina edib.

“Politico” nəşri Pentaqondakı mənbəyə istinadən xəbər verib ki, ABŞ Müdafiə Nazirliyi digər ölkələrin Kiyevə F-16-ların verilməsinə etiraz etmir.

Müəllif: Ayna.az