Türkiyə S-400 kompleksini sınaqdan keçirmək qərarı verib
“Amerika tərəfi Türkiyənin S-400 zenit-raket kompleksini sınaqdan keçirmək qərarından narahatdır”.
AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibi Mayk Pompeo deyib. “Biz Türkiyəyə S-400 sisteminin aktiv hala gətirilməsi addımından uzaqlaşmaq qərarını görmək istədiyimizi demişdik”, - deyə Pompeo qeyd edib.
Qeyd edək ki, Türkiyə bu gün S-400 kompleksini sınaqdan keçirmək qərarı verib. Sınaq zamanı zenit-raket kompleksi ilə təyyarələrin radiolokasiya əlaqəsi yoxlanılacaq.