Senat Canet Yellenin namizədliyini təsdiqləyib
ABŞ Senatı Canet Yellenin maliyyə naziri vəzifəsinə namizədliyini təsdiqləyib. Bu barədə AYNA “Reuters”ə istinadən bildirir.
Xəbərdə qeyd edilir ki, Yellen ABŞ-ın Maliyyə Nazirliyinə rəhbər təyin olunan ilk qadındır.
Xatırladaq ki, xanım Yellen 2014-cü ildə ABŞ-ın Federal Ehtiyatlar Sisteminə rəhbər təyin edilən ilk qadın kimi tarixə düşmüşdü.