Rusiya Prezidenti: "Ona belə böyük bir ölkə lazım deyil"
ABŞ Rusiyadan ancaq düşmən obrazı yaradır.
AYNA xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində deyib.
“ABŞ Rusiyadan ancaq düşmən obrazı yaradır, çünki ona belə böyük bir ölkə lazım deyil”, - Putin vurğulayıb.
Putin qeyd edib ki, 2000-ci ildə Prezident Bill Klintondan ABŞ-ın Rusiya Federasiyasının NATO-ya qəbuluna necə reaksiya verəcəyini soruşub. Onun sözlərinə görə ABŞ rəhbərinin buna reaksiyası təmkinli olub.