Ağ Ev rəhbəri koronavirusun hökumətin nəzarətində olduğunu deyib
Donald Tramp admisitrasiyası koronavirusun yayılmasını nəzarətə götrürüb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, bunu Ağ Evin Büdcə və İdarəetmə Ofisinin sözçüsü Raşel Semmel deyib.
Virusla mübarizə üçün 2.5 milyard dollar vəsait ayrıdıqlarını bildirən Semmel vəsaitin 1 milyard dollarının virusa qarşı peyvəndlərin hazırlanması işini sürətləndirmək üçün ayrılacağını vurğulayıb.
Tramp da öz növbəsində “Twitter”də koronavirusla bağlı paylaşım edib. Ağ Ev rəhbəri koronavirusun hökumətin nəzarətində olduğunu və tərəfdaş ölkələrlə virusa görə daimi ünsiyyət saxladıqlarını bildirib.