ABŞ-ın sabiq dövlət katibi vəfat edib

Dünya

08.02.2021 - 08:37

George Şults 100 yaşında dünyasını dəyişib

 

ABŞ-ın keçmiş dövlət katibi George Şults 100 yaşında vəfat edib. AYNA xəbər verir ki, Şults yaşadığı və işlədiyi Stanford Universitetinin yataqxanasında dünyasını dəyişib.

 

Hoover İnstitutu keçmiş dövlət katibinin ölümünü 7 fevral tarixində açıqlayıb.

 

Şults Ronald Reyqanın Prezident olduğu dövrdə, 1982-1989-cu illərdə ABŞ dövlət katibi vəzifəsində çalışıb.

 

Qeyd edək ki, sabiq Dövlət Katibi həmçinin ABŞ-ın əmək və xəzinə katibi vəzifələrində də çalışıb.

Müəllif: Ayna.az