Səfirin avtomobilinə üç çamadan yüklənib
ABŞ-ın Moskvadakı səfiri Con Sallivan iqamətgahından ayrılıb. AYNA TASS-a istinadən xəbər verir ki, o, ABŞ-a getmək üçün Şeremetyevo hava limanına yollanıb.
Səfirin avtomobilinə üç çamadan yüklənib. Bundan sonra o, maşına minərək qapıdan çıxıb.
Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 16-da keçirdiyi mətbuat konfransında bildirmişdi ki, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Sallivanla görüşündə məsləhətləşmələr üçün Vaşinqtona getməsini tövsiyə edib.