ABŞ-ın Qafqaz üzrə baş məsləhətçisinin adı məlum oldu

Xəbərlər

25.08.2022 - 12:14

Həkimlər Klinikalar SEO Xidməti

Blinken Filip Rikeri Qafqaz üzrə yeni baş məsləhətçi təyin edib

ABŞ dövlət katibi Entoni Blinken Filip Rikeri Qafqaz üzrə yeni baş məsləhətçi təyin edib. Bu barədə AYNA xarici mediaya istinadən bildirir.

“Mən səfir Filip Rikeri Qafqazda danışıqlar üzrə baş məsləhətçi təyin edirəm. Səfir bu kritik dövrdə Cenevrə Beynəlxalq Müzakirələrində ABŞ nümayəndə heyətinin əsas nümayəndəsi kimi fəaliyyət göstərəcək”, - Blinkenin bəyanatında deyilir.

Qeyd olunur ki, ABŞ Qarabağla bağlı uzunmüddətli siyasi nizamlanma üzrə danışıqlarda Ermənistan və Azərbaycana kömək etməyə davam edir.

Blinkenin sözlərinə görə, Riker Avropa İttifaqı kimi həmfikir tərəfdaşlarla ikitərəfli əməkdaşlıq edəcək və öz rolunun bir hissəsi olaraq Ermənistan və Azərbaycan arasında birbaşa dialoqu təşviq edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş