ABŞ-ın axtardığı rus haker Merkelin məktublarını ələ keçirib

Dünya

11.05.2020 - 14:05

Ələ keçirilən elektron məktublar Baş nazirin 2012-2015-ci illər arasındakı yazışmalarıdır

 

Almaniya Kansleri Anqela Merkelin elektron poçt ünvanlarının 2015-ci ildə bir rus haker tərəfindən ələ keçirildiyi ortaya çıxıb. AYNA-nın xəbərinə görə, bu barədə Almaniyanın “Der Spiegel” jurnalında məlumat verilib.

 

Xəbərdə qeyd edilib ki, Baş nazir Merkelin Federal Məclisdəki ofisində olan kompüteri kiber hücuma məruz qalıb, elektron məktubları ələ keçirilib.

 

"Scaramouche" kod adından istifadə edən Dimitri Sergeyeviç Badin adlı hakerin, Kanslerin kompüter sisteminə hücum etdiyi, Merkelin bürosundan 16 GB-lıq sənədləri köçürdüyü bildirilir.

 

Xəbərdə, ələ keçirilən elektron məktubların, Merkelin 2012-2015-ci illər arasındakı yazışmaları olduğu vurğulanır.

 

30 yaşlı rus hakerin ABŞ-dakı önəmli idarələrə də kiber hücumlar etdiyi və bu səbəbdən Federal Tədqiqatlar Bürosunun (FBI) axtarışda olanlar siyahısında yer aldığı qeyd olunub. O da bildirilir ki, Merkelin Baş nazirlikdəki yazışmaları ələ keçirilməyib, sadəcə Federal Məclisdəki kompüterlərinə hücum edilib. 

Müəllif: Ayna.az