Qəza təlim zamanı baş verib
ABŞ-ın Oklahoma ştatında baş verən təyyarə qəzasında iki hərbi pilot dünyasını dəyişib.
AYNA APA-ya istinadən xəbər verir ki, hadisə yerli vaxtla 09:10-da Vens Hərbi Hava Qüvvələrinin bazasında qeydə alınıb.
Bildirilib ki, qəza təyyarələrin təlim missiyasını yerinə yetirərkən baş verib.
Hadisənin başvermə səbəbləri araşdırılır.