ABŞ generalı Azərbaycanda hərbi hissəni ziyarət edib

Xəbərlər

27.07.2022 - 13:35

Həkimlər Klinikalar SEO Xidməti

Maykl Vikmanın rəhbərlik etdiyi nümayəndə heyəti Müdafiə Nazirliyinin Tibb İdarəsində də olub

ABŞ ilə Azərbaycan Respublikası arasında ikitərəfli hərbi əməkdaşlığa və “Ştatla Tərəfdaşlıq Proqramı”na dəstək çərçivəsində ölkəmizdə səfərdə olan ABŞ Quru Qoşunlarının Avropa və Afrika Komandanlığının Quru Qoşunları Milli Qvardiyası komandanının müavini general-mayor Maykl Vikmanın rəhbərlik etdiyi nümayəndə heyəti hərbi hissə və Müdafiə Nazirliyinin Tibb İdarəsini ziyarət edib.

Müdafiə Nazirliyindən AYNA-ya bildirilib ki, tərəflər arasında keçirilən görüşlərdə Azərbaycan ilə ABŞ arasında hərbi əməkdaşlıq, eləcə də Oklahoma ştatı ilə “Ştatla Tərəfdaşlıq Proqramı”nı əhatə edən fəaliyyətlər çərçivəsində qarşılıqlı maraq doğuran məsələlər haqqında fikir mübadiləsi aparılıb.

ABŞ generalı Azərbaycanda hərbi hissəni ziyarət edib ABŞ generalı Azərbaycanda hərbi hissəni ziyarət edib
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş