ABŞ Əfqanıstana əlavə hərbçilər göndərir

Dünya

17.08.2021 - 03:47

Ölkəyə əlavə min əsgər göndərmək qərarı alınıb 

 

“Kabildəki təxliyyə əməliyyatına dəstək olmaq məqsədilə Əfqanıstana əlavə 1000 əsgər göndərəcəyik”.

 

AYNA xəbər verir ki, bunu Pentaqon sözçüsü Con Kirbi mətbuata açıqlamasında deyib.

 

O bildirib ki, Kabildəki amerikalıların və ABŞ-a dəstək olan əfqanların təxliyyəsinin təmin olunması məqsədilə ölkəyə əlavə min əsgər göndərmək qərarı alıblar: “Tək məqsədimiz təxliyyə əməliyyatının təhlükəsiz bir şəkildə həyata keçirilməsidir. Bu qərarla ABŞ administrasiyasının təxliyyə üçün göndərdiyi əlavə hərbçi sayı altı minə çatır”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş