ABŞ-da son sutkada koronavirusa yoluxanların sayı məlum olub

Dünya

12.07.2020 - 07:27

Koronavirusa yoluxanların sayı artmaqda davam edir 

 

ABŞ-da qeydə alınan koronavirus yoluxma hallarının sayı 71 mini keçdi.

 

AYNA-nın məlumatına görə, bu barədə Bloomberg biznes xəbərlər agentliyi Con Hopkins Universitetinə istinadən bildirib.

 

Məlumata əsasən, ABŞ-da son sutka ərzində 71,389 yeni yoluxma halı aşkar edilib.

 

Beləliklə, yoluxanların sayında artım əvvəlki günlə müqayisədə 2,3% təşkil edib.

Müəllif: Ayna.az