ABŞ-da son sutkada 1600-dən çox şəxs koronavirusdan ölüb

Dünya

10.05.2020 - 20:35

cedabet dərman SEO Xidməti

25 min 261 yeni yoluxma qeydə alınıb

 

Son sutka ərzində ABŞ-da koronavirusa 25 mindən çox yoluxma aşkarlanıb. AYNA xarici mediaya istinadən bildirir ki, bununla yanaşı 1,6 mindən çox insan ölüb.

 

ABŞ federal və yerli hakimiyyət orqanlarının məlumatlarını toplayan, həmçinin KİV və başqa açıq mənbələrlə hesablamalar aparan Cons Hopkins Universitetindən bildirilib ki, son gün ərzində virusa 25 min 261 yoluxma qeydə alınıb.

 

Birləşmiş Ştatlarda son 24 saat ərzində COVID-19-dan 1615 pasiyent ölüb.

 

Qeyd edək ki, ABŞ-da bugünə qədər 1 milyon 309 min 541 nəfər koronavirusa yoluxub,  78 min 794 nəfər ölüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş