ABŞ-da koronavirus tüğyan edir: Ölənlərin sayı daha da artdı

Dünya

03.05.2020 - 20:03

Amerikanın ən yaxın izləyicisi 245 min 567 yoluxma ilə İspaniyadır

 

ABŞ-da yeni növ koronavirusdan ölənlərin sayı son 24 saatda 1711 nəfər artaraq 67 min 494-ə çatıb.

 

AYNA xarici mediaya istinadən xəbər verir ki, dünyada COVID-19-dan ən çox təsirlənən ABŞ koronavirusa yoluxanların çox olması ilə yanaşı, vəfat sayına görə də ilk sıradadır.

 

ABŞ-da virusa yoluxanların ümumi sayı 1 milyon 162 min 164, vəfat edənlərin sayı isə 67 min 494-ə çatıb. Amerikanı 245 min 567 yoluxma ilə İspaniya, 209 min 328 yoluxma ilə İtaliya və 182 min 260 yoluxma ilə İngiltərə izləyir.

Müəllif: Ayna.az