ABŞ-da koronavirus qurbanlarının sayı 80 mini ötüb

Dünya

12.05.2020 - 07:34

Koronavirus can almaqda davam edir 

 

ABŞ-da koronavirusa yoluxanların sayı 1,3 milyon nəfəri ötüb.

 

AYNA xəbər verir ki, bu barədə Birləşmiş Ştatların yerli və federal hakimiyyət orqanlarının statistikası əsasında hesablamalar aparan Con Hopkins Universiteti məlumat yayıb.

 

Məlumatda bildirilir ki, ölkədə koronavirus qurbanlarının sayı 80,087 nəfərdir. Ölkədə COVID-19 xəstələrinin sayı 1,34 milyondur.

 

ABŞ dünyada koronavirusa yoluxma və ölüm hallarının sayına görə birinci yerdədir.

Müəllif: Ayna.az