ABŞ-da COVID-19-dan ölənlərin sayı 471 mini keçib

Dünya

12.02.2021 - 02:46

ABŞ dünyada koronavirusa yoluxma və ölüm sayına görə liderdir

 

ABŞ-da son sutkada yeni növ koronavirus (COVID-19) infeksiyasına 93 166 yoluxma halı qeydə alınıb.

 

AYNA-nın xəbərinə görə, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

 

Bildirilib ki, son 24 saat ərzində koronavirusdan 3 219 ölüm halı baş verib.

 

Qeyd edək ki, ABŞ dünyada koronavirusa yoluxma və ölüm sayına görə liderdir. ABŞ-da indiyədək 27,2 milyondan çox şəxs koronavirusa yoluxub, COVID-19 diaqnozu qoyulmuş 471 mindən çox xəstə ölüb.

Müəllif: Ayna.az