ABŞ-da bir gün ərzində koronavirusdan minlərlə insan ölüb

Dünya

25.04.2020 - 07:33

cedabet dərman SEO Xidməti

Koronavirusdan ölənlərin sayı artmaqda davam edir

 

ABŞ-da son bir gün ərzində 3,3 mindən çox insan koronavirusun qurbanı olub.

 

AYNA-nın məlumatına görə, bu barədə yerli və federal orqanların statistikası əsasında hesablamalara istinadən Con Hopkins Universiteti bildirib.

 

Universitetin məlumatına görə, son gün ərzində ölüm hallarının sayı 3 332 təşkil edib. Bir gün əvvəl bu rəqəm 2 139 olub. ABŞ-da ümumilikdə 51 017 nəfər koronavirusun qurbanı olub.

 

Birləşmiş Ştatlarda koronavirusa yoluxma hallarının ümumi sayı 890 524 təşkil edir. Son gün ərzində daha 28 819 yeni yoluxma aşkarlanıb.

 

ABŞ COVID-19 infeksiyasına yoluxma və ölüm hallarının sayına görə dünya ölkələri arasında liderdir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş