ABŞ-da Bayden üçün "pis siqnal"

Dünya

28.07.2022 - 11:08

Həkimlər Klinikalar SEO Xidməti

Bayron York: "Prezident Demokrat Partiyasının dəstəyini itirib"

ABŞ Demokrat Partiyasının tərəfdarlarının əksəriyyəti Prezident Co Baydeni 2024-cü il seçkilərində namizəd kimi görmək istəmir. AYNA xəbər verir ki, bu barədə “Fox Business”in köşə yazarı, jurnalist Bayron York məqaləsində qeyd edib. 

Jurnalist bunu Bayden üçün "pis siqnal" adlandırıb. York qeyd edib ki, CNN-in son sorğusu Baydenin Demokrat Partiya təmsilçilərinin dəstəyini itirdiyini göstərib: "Beləliklə, Demokrat Partiyası tərəfdarlarının yalnız 25 faizi hazırkı Prezidentin 2024-cü ildə ikinci müddətə namizəd olmasını istəyir. 75 faiz hesab edir ki, növbəti prezident seçkilərində başqa namizəd iştirak etməlidir. Onların demək olar ki, üçdə biri Baydenin respublikaçılara qalib gələ bilməyəcəyinə əmindir".

“Onun siyasi vəziyyəti yaxşı görünmür. Yeri gəlmişkən, təkcə bu sorğunun nəticəsi belə deyil. Demokratların əksəriyyətinin, böyük əksəriyyətinin başqasının namizəd olmasını üstün tutduğunu göstərən başqa sorğular da oldu”, - York bildirib. 

Köşə yazarı hesab edir ki, amerikalıların üzləşdiyi ən böyük problem yüksək inflyasiyadır: "Eyni zamanda, insanlarda Baydenin çətinliklərin öhdəsindən gələ bildiyi inamı yoxdur. Çoxları hesab edir ki, 79 yaşlı Prezident dövlət başçısı vəzifəsini tərk etməlidir". 

“Çox şey səhv gedir və baş verənlərə görə Prezident günahlandırılır. Təkcə inflyasiya deyil, ABŞ-ın cənubundakı miqrasiya böhranı, insanların ölkə başçısını günahlandırdığı digər problemlər də burada rol oynayır", - York əlavə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş