ABŞ-da atışma olub, 2 nəfər ölüb

Dünya

15.05.2023 - 02:18

Ölənlərin 19 və 20 yaşlı gənclər olduğu qeyd edilib

ABŞ-ın Arizona ştatının cənub-qərbində yerləşən Yuma şəhərində atışma nəticəsində azı 2 nəfər ölüb, 5 nəfər yaralanıb.

AYNA xəbər verir ki, bu barədə “ABC News” telekanalı məlumat yayıb.

Polisin məlumatına görə, atışma yerli vaxtla gecə 23 radələrində Yuma şəhərinin cənub-şərqindəki yaşayış massivində baş verib. Ölənlərin 19 və 20 yaşlı gənclər olduğu qeyd edilib.

Bildirilib ki, polis şübhəli şəxslərin axtarışını davam etdirir.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə