Yaralıların xəstəxanaya yerləşdirildiyi bildirilib
ABŞ-da Pensilvaniya ştatının Pittsburq şəhərində atışma olub. AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə şəhər polisi məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində 2 yeniyetmə ölüb, daha 9 nəfər yaralanıb.
Polisin ilkin araşdırmasına görə, icarəyə götürülən mülkdə çoxu azyaşlı olan 200-ə qədər adamın iştirakı ilə ziyafət təşkil edilib. Qapalı məkanlarda 50-yə qədər, çöldə isə daha bir neçə atəş açılıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Polis hadisə yerinə gəldikdən sonra da atəş açılıb.