ABŞ-da ölümlə nəticələnən atışma hadisəsi baş verib
ABŞ-ın Uinston-Salem şəhərində (Şimali Karolina ştatı) təhsil müəssəsində atışma zamanı bir şagird aldığı xəsarətlərdən dünyasını dəyişib.
AYNA xəbər verir ki, bu barədə yerli polis idarəsi "Twitter"də bildirib.
“Rəis Katrina Tomson Maunt-Tabor məktəbində atışma nəticəsində bir şagirin ölümünü təsdiqləyir”, - paylaşımda deyilir.

