ABŞ Ali Məhkəməsi Tramp administrasiyanın USAID-lə bağlı tələbini rədd edib

Dünya

06.03.2025 - 09:03

Həkimlər Klinikalar SEO Xidməti

2 milyard dollarlıq ödənişin dondurulması ilə bağlı tələbin rəddinə qərar verilib

ABŞ Ali Məhkəməsi Prezident Donald Tramp administrasiyasının ABŞ-ın USAID vasitəsilə qrant alan və ya müqavilələr əsasında iş görən təşkilatlara ödənilən təqribən 2 milyard dollarlıq ödənişin dondurulması ilə bağlı tələbini rədd edib.

AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Vaşinqtonda federal hakim daha əvvəl Trampın vəsaitlərin dondurulması əmrini bloklayıb və fevralın 26-dək ödənilməsini əmr edib. Administrasiya Ali Məhkəmədə iddia qaldırıb. Ali Məhkəmədə səslər 5:4 hesabı ilə bölünüb. Mühafizəkar hesab edilən iki hakim, üç liberal hakimlə birlikdə administrasiyanın tələbini rədd etmək üçün səs verib.

Buraya Trampın göstərişi ilə dondurulmuş bütün vəsaitlər daxil deyil, yalnız artıq başa çatmış layihələr üçün USAID vasitəsilə ödənilməli olan vəsaitlər daxildir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş