“2024-cü ildə Kiyevə vəd edilmiş ümumi məbləğin yalnız yarısı noyabr ayına qədər təhvil verilib”
2024-cü ilin noyabrına qədər ABŞ həmin il üçün Ukraynaya vəd etdiyi yardımın yalnız yarısını çatdırıb. AYNA xəbər verir ki, bu barədə “Reuters” nəşri apardığı təhlilə istinadən məlumat yayıb.
“Konqresdəki iki köməkçinin, ABŞ rəsmisinin və məlumatlarla tanış olan qanunvericinin sözlərinə görə, 2024-cü ildə Kiyevə vəd edilmiş ümumi məbləğin yalnız yarısı noyabr ayına qədər təhvil verilib”, – nəşr yazıb
Donald Trampın Vaşinqtonda hakimiyyətə qayıtması ilə Ukraynanın hərbi səyləri ilə bağlı qeyri-müəyyənlik artıb. Onun yeni administrasiyası istənilən vaxt tədarükləri dayandıra bilər.