Zirehli texnikanın ekipajları döyüş vərdişlərini təkmilləşdirir - <font color=red> VİDEO</font>

Xəbərlər

18.08.2021 - 12:11

Həkimlər Klinikalar SEO Xidməti

Məşqlərin əsas məqsədi şəxsi heyətin döyüş hazırlığının artırılmasıdır

 

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq zirehli transportyorların (ZTR) ekipajları döyüş vərdişlərini təkmilləşdirir.

 

AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

 

Bildirilib ki, ümumqoşun poliqonlarında keçirilən təlimlər zamanı bölmələrin şəxsi heyəti ZTR ekipajları ilə qarşılıqlı əlaqədə müxtəlif döyüş tapşırıqlarını uğurla icra edir.

 

Məşqlərin əsas məqsədi şəxsi heyətin döyüş hazırlığının artırılması, döyüş maşınlarının çətin keçilən ərazilərdə idarə edilməsi və real döyüş şəraitində tətbiqi üzrə peşəkarlığın yüksəldilməsidir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş