“Zirə” Konfrans Liqasında ilk oyununu keçirəcək

İdman

21.07.2022 - 06:41

Həkimlər Klinikalar SEO Xidməti

Qəsəbə klubu Təl-Əviv “Makkabi”si ilə münasibətlərinə aydınlıq gətirəcək

Bu gün Konfrans Liqasında II təsnifat mərhələsinin daha bir neçə oyunu keçiriləcək.

AYNA-nın Apasport.az saytına istinadən məlumatına görə, Azərbaycanın bu turnirdəki təmsilçilərindən “Zirə” 5 illik avrokubok həsrətinə son qoyacaq.

Buna qədər yalnız 2017/18 mövsümündə Avropa Liqasında mübarizə aparan paytaxt təmsilçisi dönüşünü öz meydanında edəcək. Qəsəbə klubu Təl-Əviv “Makkabi”si ilə münasibətlərinə aydınlıq gətirəcək.

Bu, həm də Rəşad Sadıqovun baş məşqçi kimi Avropa arenasında ilk sınağı olacaq. İsraillilər cütün favoriti sayılsa da, “Zirə” “Dalğa Arena”da qələbə qazanaraq, səfərə üstün yollanmağa çalışacaq.

Qeyd edək ki, “Zirə” ilə “Makkabi” arasında cavab oyunu iyulun 28-də Təl-Əvivdə keçiriləcək.

Konfrans Liqası

II təsnifat mərhələsi, ilk oyun

21 iyul

20:00. “Zirə” (Azərbaycan) – “Makkabi” (Təl-Əviv, İsrail)

Baş hakim: Rob Hennessi (İrlandiya)

Bakı, “Dalğa Arena”

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş