Zığ-Hövsan yolu yenidən qurulacaq

Xəbərlər

01.10.2021 - 17:54

cedabet dərman SEO Xidməti

İlham Əliyev Dövlət Agentliyinə 4,9 milyon manat ayırıb

Prezident İlham Əliyev Bakı şəhəri Suraxanı rayonunun Zığ-Hövsan avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

AYNA xəbər verir ki, Sərəncama əsasən, əlli səkkiz min nəfər əhalinin yaşadığı iki yaşayış məntəqəsini birləşdirən Zığ–Hövsan avtomobil yolunun yenidən qurulması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 4,9 milyon (dörd milyon doqquz yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş