Zərifin Bakı və Moskva səfərləri təxirə salınıb

Dünya

21.11.2020 - 18:29

Həkimlər Klinikalar SEO Xidməti

Səfərin təxirə salınması büdcə iclasları ilə əlaqələndirilir

 

İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin noyabrın 23-24-də baş tutmalı olan Azərbaycan və Rusiya səfərləri təxirə salınıb.

 

AYNA “TASS”a istinadən xəbər verir ki, bu barədə İran XİN-in rəsmi nümayəndəsi Səid Xətibzadə bildirib.

 

“Zərifin Moskva və Bakıya səfərinin təxirə salınması hökumətin bu həftə büdcə iclaslarının keçirilməsi ilə əlaqədar növbədənkənar proqramı ilə bağlıdır. Belə iclaslarda bütün nazirlərin iştirakı mütləqdir”, - İran XİN-in Mətbuat xidməti Xətibzadənin sözlərini sitat gətirir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş