Zelenskinin ofisi Baxmutun işğalını təkzib edib

Dünya

21.05.2023 - 13:19

cedabet dərman SEO Xidməti

Nikidorov: “Prezident Baxmutun alındığını təkzib edib”

Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov ölkə lideri Volodimir Zelenskinin guya Baxmutun rusiyalılar tərəfindən ələ keçirildiyinin təsdiqlədiyinə dair mətbuatda yayılan məlumatı təkzib edib.

AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Nikiforov "Facebook"da yazıb.

Nikiforov Zelenskiyə ünvalanan sualın və cavabın fərqli olduğunu söyləyib:

“Zelenskiyə verilən sual: “ - Rusiyalılar bildiribər ki, Baxmutu alıblar”.

Prezidentin cavabı: “Fikrimcə, yox”.

Bununla da Prezident Baxmutun alındığını təkzib edib”, - deyə Nikiforov vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl “Reuters” məlumat yayıb ki, Zelenski Baxmutun işğal edildiyini təsdiqləyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş