Zelenski xüsusi iş rejiminə keçir

Dünya

13.06.2020 - 09:35

"Konstitusiyaya əsasən, prezident öz səlahiyyətlərini heç kəsə həvalə edə bilmir"

 

Ukrayna prezidenti Vladimir Zelenski həyat yoldaşı Yelena Zelenskayaya koronavirus diaqnozu qoyulmasına görə xüsusi iş rejiminə keçir.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısının ofisinin xəbərində deyilir.

 

"Ukrayna prezidenti Vladimir Zelenski arvadı Yelenada COVID-19-un aşkarlanması ilə əlaqədar xüsusi iş rejiminə keçir. Konstitusiyaya əsasən, prezident öz səlahiyyətlərini heç kəsə həvalə edə bilmir", - xəbərdə deyilir.

 

Ofisdə bildiriblər ki, Zelenskinin sağlamlıq vəziyyəti "ona xidməti vəzifələrini yerinə yetirməyə imkan verir". Qeyd edək ki, dövlət başçısının koronavirus testi mənfi nəticə verib.

Müəllif: Ayna.az