"Uzaqmənzilli hücumlar üçün imkanlarımızı genişləndirməyə hazırlaşırıq"
Ukrayna hərbi rəhbərliyi "Rusiya hücumlarına cavab olaraq uzunmənzilli silahlardan istifadə etməklə" yeni əməliyyatlara razılıq verib.
AYNA.AZ xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Mixaylo Drapati və müdafiə naziri Yevgen Xmara ilə görüşdən sonra deyib.
"Uzaqmənzilli hücumlar üçün imkanlarımızı genişləndirməyə hazırlaşırıq", - deyə Ukrayna lideri bildirib. O, əlavə məlumat verməyib.