Zelenski: “Moskva gücdən başqa heç nə başa düşmür”

Dünya

12.06.2025 - 14:53

cedabet dərman SEO Xidməti

“Tramp Rusiyanı danışıqlar masasına oturmağa məcbur etmək üçün sanksiyalar tətbiq etməlidir”

“ABŞ Prezidenti Donald Tramp Moskvanı danışıqlar masasına oturmağa məcbur etmək üçün Rusiyaya qarşı sanksiyalar tətbiq etməlidir”. AYNA.AZ xəbər verir ki, bu sözləri “Bild”ə müsahibəsində Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

"Düşünürəm ki, Tramp üçün bütün dünyada sülhü bərpa etməkdən vacib heç nə ola bilməz. Tramp sanksiyalar tətbiq etməlidir ki, Putin dərhal desin: "Gəlin müharibəni bitirmək haqqında danışaq". Əks halda, bu, alınmayacaq", - Zelenski bildirib.

Onun sözlərinə görə, Tramp “Rusiya tərəfinin tamamilə dürüst və açıq olmadığını” görür.

Zelenski iddia edib ki, Moskva “gücdən başqa heç nə başa düşmür” və Amerikada bu güc var. O Vaşinqtonun bunu başa düşəcəyinə ümid etdiyini bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş