Ukrayna Prezidenti: “Bu prosesin sürəti böyük əhəmiyyət kəsb edir”
Ukrayna Prezidenti Vladimir Zelenski Donbassda münaqişənin sülh yolu ilə həll olunması üzrə Minsk formatının ləğvini və ya dəyişdirilməli olduğunu hesab edir. AYNA xarici mediaya istinadən bildirir ki, Zelenski Kiyevin iki variant olduğunu bildirib.
“Minsk formatını dəyişə, ya da hər hansı digər formatdan istifadə edə bilərik. Bu prosesin sürəti böyük əhəmiyyət kəsb edir”, - deyə Ukrayna söyləyib.
Ukrayna lideri ABŞ, Böyük Britaniya və Kanadanın diplomatik prosesdə daha aktiv iştirak etməli olduğunu vurğulayıb.
Xatırladaq ki, Donbassda atəşkəsi nəzərdə tutan Minsk protokolu 2014-cü il sentyabrında Ukrayna, Rusiya və ATƏT nümayəndələri tərəfindən imzalanıb. 2015-ci il fevralın 11-12-də Minsk şəhərində keçirilən sammitdə imzalanmış ikinci sazişdə Normand dördlüyü ölkələri - Almaniya, Fransa, Ukrayna və Rusiya liderləri iştirak ediblər.