Zelenski Londona gedib

Dünya

01.03.2025 - 18:41

Həkimlər Klinikalar SEO Xidməti

Ukrayna lideri ilə Böyük Britaniyanın Baş naziri Kir Starmer bu gün görüşəcəklər

Ukrayna Prezidenti Volodimir Zelenski Londona gedib. Ukrayna lideri ilə Böyük Britaniyanın Baş naziri Kir Starmer bu gün görüşəcəklər. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, görüş sabah Londonda keçiriləcək Avropa liderlərinin sammiti ərəfəsində baş tutur.

Starmer və Zelenski arasındakı bugünkü görüşdə Ukraynadakı mövcud vəziyyət və Avropanın dəstəyinin gücləndirilməsi yolları müzakirə ediləcək. Sabah keçiriləcək bu görüş Ukraynaya dəstəyin artırılması məsələlərinin müzakirə ediləcəyi sammit öncəsi mühüm əhəmiyyət kəsb edir.

Xatırladaq ki, fevralın 28-də Zelenski ABŞ-a səfəri zamanı Prezident Donald Tramp və vitse-prezident J.D.Venslə görüşüb. Prezidentlər arasındakı gərginliklərdən sonra V.Zelenski Ağ evi tərk edib və nəticədə nadir torpaq metallarına dair saziş imzalanmayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş