Zelenski Kral III Çarlz ilə görüşüb

Dünya

03.03.2025 - 00:58

Həkimlər Klinikalar SEO Xidməti

Ukrayna Prezidenti sammitdən sonra Sandrinqham malikanəsinə gedib

Ukrayna Prezidenti Volodimir Zelenski dünən Norfolkda yerləşən Sandrinqham malikanəsində Böyük Britaniya Kralı III Çarlz ilə görüşüb.

AYNA.AZ “Sky News”a istinadla xəbər verir ki, Zelenski Londondakı “Lancaster House”da Ukrayna ilə bağlı keçirilən sammitdən sonra helikopterlə Sandrinqham malikanəsinə uçub.

Ukrayna liderini Kral III Çarlz şəxsən qarşılayıb. Tərəflər qısa söhbət edib və media üçün birgə foto çəkdirib. Daha sonra görüşmək üçün iqamətgaha daxil olublar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş