Zelenski İstanbul danışıqlarında atəşkəs razılaşması gözləyir

Dünya

14.05.2025 - 12:13

Həkimlər Klinikalar SEO Xidməti

“Danışıqların atəşkəs və bütün hərbi əsirlərin dəyişdirilməsi ilə başa çatacağını gözləyirəm”

Ukrayna Prezidenti Volodimir Zelenski İstanbulda keçiriləcək danışıqların atəşkəs və hərbi əsirlərin mübadiləsi ilə bağlı razılaşmalarla nəticələnəcəyini gözləyir. AYNA.AZ xəbər verir ki, bu barədə Zelenski “Libération”a müsahibəsində deyib.

Prezident bildirib ki, “danışıqlarda siyasi qələbəyə ümid edir”.

Ukrayna lideri danışıqların “atəşkəs, bütün məhbusların dəyişdirilməsi və ya buna bənzər bir şeylə” başa çatmasını gözlədiyini vurğulayıb.

Bundan əvvəl Fransa lideri Emmanuel Makron atəşkəsdən sonra Rusiya Prezidenti Vladimir Putinlə danışıqlara hazır olduğunu açıqlamışdı.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş