Milli Məclisdə qanuna dəyişiklik qəbul olunub
Zəfər Günü Azərbaycanda bayram günləri siyahısına daxil edilib. AYNA xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında Əmək Məcəlləsinə dəyişiklik edilib.
Dəyişikliyə əsasən, noyabrın 8-i Zəfər Günü olaraq bayram günləri siyahısına daxil edilir.
Qanuna dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.