“Zəfər” düşərgəsinə start verilib

Xəbərlər

26.07.2021 - 09:32

74 şəhid övladı Qubaya yola düşüb

 

İyulun 25-də Təhsil Nazirliyi və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı keçirilən "Zəfər" düşərgəsinə start verilib. Bu barədə AYNA-ya Təhsil Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, düşərgədə iştirak edən 74 şəhid övladı dünən Qubaya yola düşüb. Quba STEAM Mərkəzində baş tutacaq düşərgə iyulun 31-dək davam edəcək. Düşərgə iştirakçıları bu müddət ərzində birgə öyrənib paylaşaraq maraqlı, intellektual və əyləncə dolu zaman keçirəcəklər.

Müəllif: Ayna.az