Zakir Həsənov da Türkiyədə səfərdədir

Xəbərlər

11.08.2020 - 17:42

Müdafiə naziri Türkiyə tərəfinin dəvəti ilə Ankara şəhərinə işgüzar səfər edib

 

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə tərəfinin dəvəti ilə Ankara şəhərinə işgüzar səfər edib.

 

AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

 

Qeyd edək ki, Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov da Türkiyədə rəsmi səfərdədir. Z.Həsənovla C.Bayramovun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub.

Müəllif: Ayna.az