Yunanıstan polisi meşə yanğınlarına görə 118 nəfəri saxlayıb

Dünya

12.08.2021 - 01:47

Həkimlər Klinikalar SEO Xidməti

Yanğınlarda şübhəli bilinənlər 15-78 yaşlarındadır

 

Yunanıstan polisi meşələrin qəsdən yandırılmasına və ya səhlənkarlığa görə meşə yanğınlarında şübhəli bilinən 118 nəfəri saxlayıb, son nəticədə 18 nəfər həbs edilib.

 

AYNA “Report”a istinadən xəbər verir ki, polis avqustun 4-dən 11-dək bütün ölkə üzrə meşələrin qəsdən yandırılması və ya səhlənkarlıq səbəbindən baş verən yanğınlarda şübhəli bilinən 118 nəfəri saxlayıb, 18 nəfərin həbsi ilə bağlı müvafiq sənədlər təşkil edilib. Yanğınlarda şübhəli bilinənlər 15-78 yaşlarındadır.

 

Bundan başqa, yanğınlar zamanı qismən yanmış evlərdən əşyaların oğurlanılması faktları ilə bağlı 6 nəfər həbs edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş