Görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir
Azərbaycanda avtomobil yollarındakı vəziyyət açıqlanıb. AYNA.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Qeyd olunub ki, iyunun 2-də gecə və səhər bəzi dağlıq rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.