Yol polisi sərnişin və sürücülərə maska ilə bağlı xəbərdarlıq edib

Xəbərlər

31.05.2021 - 16:53

Həkimlər Klinikalar SEO Xidməti

“İctimai nəqliyyatda və şəxsi avtomobillərdə maska taxmaq məcburidir”

 

Baş Dövlət Yol Polisi İdarəsi açıq havada maska ilə bağlı sərnişinlərə və sürücülərə müraciət edib. İdarədən AYNA-ya bildirilib ki, açıq havada maska taxmaq məcburiyyəti ləğv edilsə də, ictimai nəqliyyatda və şəxsi avtomobillərdə maska taxmaq məcburidir.

 

“Şəxsi nəqliyyat vasitələrinə gəlincə isə sürücü avtomobildə tək və ya ailə üzvləri ilə birgə gedirsə, maskadan istifadə etməyə bilər. Lakin avtomobildə digər şəxslər olduqda həm sürücü, həm də sərnişin tibbi maskadan mütləq istifadə etməlidir”, - deyə qeyd olunub.

 

Əks halda İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq ediləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş