Yevlaxda yol qəzası: 2 qardaş ölüb

Hadisə

13.08.2026 - 10:55

Övladları və daha 2 nəfər xəsarət alıb

Yevlaxda yol-nəqliyyat hadisəsində ölən şəxslərin qardaş olduqları məlum olub.

AYNA.AZ-ın APA-ya istinadən məlumatına görə, rayonun Salahlı kəndindən keçən hissəsində 1998-ci il təvəllüdlü Aqşin Hüseynovun idarə etdiyi “Mersedes Benz 200” markalı avtomobillə 1973-cü il təvəllüdlü Akif Hacıyevin idarə etdiyi “Lifan” markalı avtomobillə toqquşub.

Hadisə nəticədə Akif Əli oğlu Hacıyev və həmin avtomobildə olan qardaşı 1970-ci il təvəllüdlü Sabir Hacıyev aldıqları xəsarətlərdən hadisə yerində ölüb.

Bundan başqa, Akif Hacıyevin oğlu 2008-ci il təvəllüdlü Əli Hacıyev, Sabir Hacıyevin oğlanları - 2005-ci il təvəllüdlü Nihad Hacıyev və 2009-cu il təvəllüdlü Elcan Hacıyev, həmçinin Aqşin Hüseynov və 2009-cu il təvəllüdlü Rza Xurşudov xəsarət alıb.

Faktı üzrə Yevlax rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş