Yevlaxda ər-arvad qəzaya düşüb, ölən var

Xəbərlər

29.06.2025 - 10:58

cedabet dərman SEO Xidməti

Yevlax rayonunda minik avtomobili ilə qoşqulu motosikletin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində bir nəfər ölüb.

AYNA.AZ-ın məlumatına görə, avtomobillin qoşqulu motosikletə çırpılması nəticəsində motosikletdə olan 1959-cu il təvəllüdlü F. Kazımova aldığı xəsarətdən keçinib.

Onun həyat yoldaşı 1955-ci il təvəllüdlü H. Kazımov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş