Yevgeniya Qutsulun ev dustaqlığının müddəti 30 gün uzadılıb

Dünya

12.06.2025 - 09:38

cedabet dərman SEO Xidməti

Məhkəmə Qaqauziya rəhbərinin ev dustaqlığının müddətini daha 30 gün uzadıb

Qaqauziyanın rəhbəri Yevgeniya Qutsulun ev dustaqlığı 30 gün uzadılıb. Bu barədə AYNA.AZ Moldova mediasına istinadən bildirir.

Qeyd edək ki, martın 25-də Qaqauziyanın rəhbəri Kişinyov beynəlxalq hava limanında saxlanılıb. Ona qarşı iki cinayət işi açılıb.

Cinayət işlərindən biri Qaqauziyanın rəhbəri seçkiləri kampaniyası zamanı seçki fondlarının saxta idarə olunması, qanunsuz maliyyələşdirmə və bilərəkdən yalan məlumatların yayılması ilə bağlıdır. Digər halda isə hüquq-mühafizə orqanları Qutsulu və keçmiş Şor Partiyasının Mərkəzi Aparatının katibini mütəşəkkil cinayətkar qruplaşma tərəfindən siyasi partiyanın və rəqibinin qanunsuz maliyyələşdirilməsində şərik olmaqda ittiham edir.

Aprelin 9-da hakimlər Qutsulu təcridxanadan azad edilərək ev dustaqlığına keçirilməsinə qərar verib. Dünən məhkəmə ev dustaqlığının müddətini daha 30 gün uzadıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş