Yeniyetmə şahmatçımız Dünya Kubokunun qalibi olub

İdman

11.08.2021 - 04:31

Həkimlər Klinikalar SEO Xidməti

Cahandar Azadəliyev 10 mümkün xaldan hamısını toplayıb

 

Azərbaycanın yeniyetmə şahmatçısı Cahandar Azadəliyev rapid üzrə Dünya Kubokunun qalibi olub.

 

AYNA-nın məlumatına görə, o, 12 yaşadək şahmatçılar arasında onlayn formatda keçirilən yarışda bütün görüşlərini qələbə ilə başa vurub.

 

10 mümkün xaldan hamısını toplayan Azadəliyev çempionluq tituluna sahib çıxıb.

 

Qeyd edək ki, Dünya Kubokunda iştirak edən Azərbaycanın digər iki şahmatçısından Ramazan Şərifov 54-cü, İsmayıl Məmmədov isə 186-cı yeri tutub.

 
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş